Azərbaycanda facebook çökdü

Azərbaycanda facebook çökdü backend

Azərbaycanda facebook istifadəçiləri problemlə üzləşib. “Qafqazinfo” xəbər verir ki, dünyanın ən böyük sosial şəbəkəsində texniki problem yaranıb. Ha-hazırda facebook tam istifadəsiz vəziyyətə düşüb.

Foto və video paylaşım şəbəkəsi olan instaqramda da problemlər qeydə alınıb.

Qeyd edək ki, instaqram 2012-ci ildə facebook şirkəti tərəfindən satın alınıb.

Xatırladaq ki, sonuncu dəfə sosial şəbəkənin işində böyük nasazlıq 19 iyun 2014-cü il tarixində baş verib və yarımsaatlıq texniki problem şirkətə 500 min dollara başa gəlib.