"Dövlət qurumları bu layihə nəticəsində fəaliyyətlərinə nəzarəti gücləndirəcək"

"Dövlət qurumları bu layihə nəticəsində fəaliyyətlərinə nəzarəti gücləndirəcək" backend

“Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyi “Korporativ Sosial Məsuliyyət  və dövlət qurumları: media və vətəndaş cəmiyyətinin  rolu” layihəsi çərçivəsində sorğu elan edib.

Qaziler.az bildirir ki, birlikdən verilən məlumatda deyilir:

QHT-nin sosial media hesabında layihə çərçivəsində müvafiq sorğu ilə bağlı post paylaşılıb. Qeyd olunub ki:
“Bu gün Azərbaycanda Korporativ Sosial Məsuliyyət strategiyası yalnız biznes hədəfinə çatmaq kimi anlaşılır və bu istiqamətdə dövlət səviyyəsində konstitusion yanaşma yoxdur. Korporativ Sosial Məsuliyyət davranış fəlsəfəsi, insanlara, cəmiyyətə və ətraf mühitə qayğı, zamana və iş prinsiplərinə görə isə hesabat, eyni zamanda ictimaiyyətlə əlaqələr aktıdır. Bu gün istənilən ölkədə dövlətin əsas strategiyasını tənzimləyən, müxtəlif sahələr üzrə xidmət göstərən dövlət qurumları öz daxillərində,  xidmət sahələrində, yəni fəaliyyətlərinə uyğun  Korporativ Sosial Məsuliyyətlərini dərk edib, konkret konsepsiya şəklində işlərini görsələr, heç bir cəmiyyətdə fərdlər həll olunmayan xırda problemə görə dövləti, höküməti günahlandırmaz. Hörmətli media nümayəndələri və vətəndaş cəmiyyəti təşkilatlarını təmsil edənlər, bugünkü dövlət qurumları korporativ sosial məsuliyyət istiqamətində düzgün fəaliyyət göstərirlərmi? Bu fəaliyyətin əsas xəttini təşkil etməli olan media və vətəndaş cəmiyyəti təşkilatları ilə münasibətləri qura bilirlərmi?

Xahiş edirik ki, layihə çərçivəsində nəticə əldə edə bilməmiz üçün sorğuya cavabınızda konkret ünvanı əsaslandırmaq şərti ilə qeyd edin. Hansı media qurumunu və vətəndaş cəmiyyətini təmsil etdiyinizi də vurğulayın, zəhmət olmasa.Sorğuda iştirakınıza görə öncədən təşəkkür edirik!”

 

Diaspora