“Anadolu” Agentliyi televiziya jurnalistləri üçün "Hərbi jurnalistika" mövzusunda təlim keçirib

“Anadolu” Agentliyi televiziya jurnalistləri üçün "Hərbi jurnalistika" mövzusunda təlim keçirib backend

Şuşa Qlobal Media Forumu çərçivəsində "Anadolu" Agentliyi tərəfindən jurnalistlər üçün "Hərbi jurnalistika" mövzusunda təlim keçirilib

QAZİLER.AZ  APA-ya istinadən xəbər verir ki, "Anadolu" Agentliyi Akademiyasının müdiri Cahangir İşbilir vəzifə borcunu yerinə yetirən jurnalistlərin müdafiəsi ilə bağlı təcrübələri barədə danışıb.

Cahangir İşbilir qeyd edib ki, hərbi jurnalistika ilə məşğul olan müxbir informasiyanı hazırlamaqla yanaşı özünü müdafiəni yaxşı bilməlidir.

Akademiya rəhbəri hadisə zamanı ilkin tibbi yardım, sürətli avtomobil idarəetmə, bir sıra çevik fiziki hərəkətlər, qaz maskalarından istifadə, partlayışlar zamanı edilməli olan hərəkətlər barədə məlumat verib:

"Olduğunuz ərazilərin dilini, xəritələrini, mədəniyyətini də bilmək şərtdir. İlkin tibbi yardım sizə xəsarətlər zamanı lazım olar bilər. Ancaq psixoloji cəhətdən güclü olmaq da mühüm rol oynayır".

Cihan İşbilir jurnalistlərə öz tövsiyələr verib: "Kiber texbologiyalar, uzaqdan idarəedilən silahlara bələd olmaq hər hansı hadisə zamanı atılacaq səhv addımların qarşısını almağa kömək edə bilər. Bu səbəbdən jurnalistlər gedəcəkləri yerlər barədə dolğun məlumatlar, istifadə olunan silahlaradək məlumatlı olmalıdır".

 

 

Diaspora