İyulun 22-də Bakının Xətai rayon Məhkəməsi istintaq orqanının vəsatəti əsasında ictimai fəal Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirini daha 2 ay 10 gün, oktyabrın 8-dək uzadıb.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.
Qeyd edək ki, Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.
Bu il iyunun 16-da istintaq orqanı Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193 (yalançı sahibkarlıq), 320.1 (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1 (qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb.