Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Milli Mətbuat Günü münasibətilə keçiriləcək “4-cü Sənaye İnqilabı dövründə yeni media” Qlobal Forumunun iştirakçıları Füzuli şəhərinə gəliblər.
“Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, nümayəndə heyətinin təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına enib.
Qeyd edək ki, forumda ümumilikdə 50 ölkəni təmsil edən 120 media subyekti, rəsmi şəxslər, 250-dən çox qonaq iştirak edəcək.
Açılış mərasimindən sonra forum sessiyalarla davam edəcək.
Sessiyalarda medianın gələcəyi - rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, mediada investisiya və istehlak tendensiyaları və digər mövzular xarici və yerli mütəxəssislərin iştirakı ilə müzakirəyə çıxarılacaq.
Qlobal forum çərçivəsində, eyni zamanda, paralel tədbirlərin - sərgi və təlimlərin də keçirilməsi nəzərdə tutulur.
Forum iyulun 23-ü axşama qədər davam edəcək.