Tanınmış Əməkdar jurnalist Azər Həsrət fəaliyyəti ilə bağlı açıqlama verib.
Qaziler.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə paylaşım edib.
"Dostlar, belə bir fikrim də var. Yavaş-yavaş sosial media aktivliyimi azaltmağı düşünürəm. Vaxtımı çox alır, bəzən də çox mənasız adamlarla üz-üzə gəlməli oluruq. Mənə lazımdır bu? Təbii ki, yox. Artıq gənclər önə çıxsın, biz də bir az ağır-səbir davranaq. Onu da deyim ki, hətta sosial mediada izlədiklərimin də sayını ixtisar etmək haqqında düşünürəm. Özümüzü həlak etməklə deyil. Onsuz da dəyərimiz bilinmədi, bilinməyəcək bu ölkədə.
Xatırladım ki, illər öncə məhz bu səbəbdən QHT sektorundan ayrılmışdım. Belə görünür ki, media sektorunun da başını buraxmağın vaxtı çatır...
Bu arada gününüz uğurlu olsun. Bu gün media adına bir tədbirə və bir iclasa qatılmaqla media həftəmizi qapatmış olacağam. Bayram tədbirlərində iştirak etməyi də nəzərdə tutmuram".
QAZİLER.AZ