Daxili işlər orqanlarında yeni təyinat olub.
Apa-nın məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Abdullayev Ağaxan Əhliman oğlu Sabirabad RPŞ-nin Təhqiqat bölməsinin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Ağaxan Abdullayev bundan əvvəl Goranboy RPŞ-nin Təhqiqat bölməsinin rəisi vəzifəsində çalışıb.