Qarabağ qazisi Rey Kərimoğlu səhhəti ilə bağlı paylaşım etdi - FOTO

Qarabağ qazisi Rey Kərimoğlu səhhəti ilə bağlı paylaşım etdi - FOTO backend

Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu səhhəti ilə bağlı narahat olanlara və sağalmasında əməyi keçənlərə təşəkkürünü bildirib. 

Qaziler.az xəbər verir ki, bu barədə o, şəxsi feysbuk hesabında paylaşım edib. 

"Əziz dostlar!  Sağlamlığımla bağlı narahat olmanızdan, açığı, mən də narahat oldum! Ona görə də aşağıdakıları yazıram: 

Qəti narahat olmayın, sağlamlıq durumum hazırda qaydasına düşüb! 

Mən iylun 5-də 38 dərəcə istiliklə yanaşı, ayaqlarımda yaranmış vəziyyətlə bağlı Qazi qardaşımız, TƏBİB-də çalışan həkim İmran Qurbanova müraciət etdim. O da dərhal xəstəxanaya yerləşdirilməyimin vacibliyini bildirdi. Elə həmin gün də -  iyulun 5-də hər iki ayağımda damar mənşəli xəstəlik diaqnozu (Qızıl yel) ilə Akademik Mirqasımov adına Respublika Klinik Xəstaxanasının II Cərrahiyyə şöbəsinə yerləşdirilməyimə kömək etdi. Şöbə müdiri, həkim-cərrah, professor, hörmətli Sahib Hüseynov özü məni qəbul etdi.

S.Hüseynovun və tibbi personalın ciddi müayinə və müalicəsindən sonra ayağımda kəskinləşmə dayandı. Yaranmış problem azalmağa başladı. İyulun 12-də öz xahişim və həkimlərin razılığı ilə müalicəmi ev şəraitində, yataq rejimində davam etdirməyə başlamışam. Hazırda vəziyyətim normaldı. Müalicəm davam edir.

Mənə göstərdikləri təmənnasız diqqət və qayğıya görə TƏBİB-in direktoru, hörmətli Vüqar Qurbanova, professor Sahib Hüseynova, sağlamlığım üçün zəhmət çəkən bütün tibb heyətinə minnətdarlığımı bildirirəm! 

Qazi qardaşım, birinci və ikinci Qarabağ döyüşlərinin iştirakçısı İmran həkimə ayrıca minnətdarlıq edirəm. 

Hər şey yaxşı olacaq!"

Qeyd edək ki, R.Kərimoğlu 1991-93-cü illərdə Qarabağ döyüşlərində iştirak edib, iki dəfə minaya düşərək yaralanıb. Hər iki ayağından çoxsaylı qəlpə yarası alıb. O illərdən ayaqlarında qəlpələr hələ də qalıb.

QAZİLER.AZ

Diaspora