Bu ilin ötən dövrü ərzində Səhiyyə Nazirliyinin “9103-Qaynar xətt” və “Elektron səhiyyə” xidmətlərinə 28 mindən artıq müraciət daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müraciətlərin yalnız 13 faizini səhiyyə müəssisələri əməkdaşlarının göstərdiyi xidmət səviyyəsindən şikayət təşkil edib. Vətəndaş müraciətləri əsasında aparılmış yoxlamalar nəticəsində isə ilin əvvəlindən indiyədək səhiyyə sistemində çalışan 52 şəxs barədə qəti məsuliyyət tədbirləri görülüb.