Noyabrın 1-də keçiriləcək parlament seçkilərinə hazırlıq işləri 84 saylı Füzuli seçki dairəsində uğurla davam etdirilir.
84 saylı Füzuli seçki dairəsi dairə seçki komissiyasının sədri Ramiz Teymurov AZƏRTAC-a bildirib ki, 71 seçki məntəqəsində 45 min 494 seçici qeydə alınıb. Seçicilərdən 690 nəfəri ilk dəfə səs verəcək gənclərdir.Seçkilərə hazırlıqla əlaqədar dairənin tərkibində olan seçki məntəqələrinin hamısında cari təmir işləri aparılıb. Bütün məntəqələr zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi, rabitə şəbəkəsi və yanğın təhlükəsizliyi ilə təmin olunub. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub. 3, 4, 6, 7, 9, 17, 23 saylı seçki məntəqələrində veb-kamera quraşdırılıb. Seçkiqabağı təşviqatın aparılması üçün yerlər ayrılıb, seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi üçün löhvələr hazırlanıb. Mərkəzi Seçki Komissiyasının xətti ilə dairə və məntəqə seçki komissiyaları üzvlərinin maarifləndirilməsi və peşə hazırlığının artırılması məqsədi ilə seminar-treninq keçirilib.