SABAH temperatur 32 dərəcəyə yüksələcək

SABAH temperatur 32 dərəcəyə yüksələcək backend

Sentyabrın 29-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-20°, gündüz 26-30° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz olacaq. Zəif şərq küləyi əsəcək. Temperaturun gecə 11-16°, gündüz 27-32° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gün ərzində hava əsasən yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Gecə 8-13°, gündüz 19-24° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Temperaturun gecə 12-17°, gündüz 25-30° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gün ərzində hava əsasən yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Gecə 11-16°, gündüz 22-27° isti olacaq.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 27-32° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gün ərzində hava əsasən yağmursuz keçəcək. Zəif şərq küləyi əsəcək. Gecə 15-20°, gündüz 25-30° isti, dağlarda gecə 8-13°, gündüz 19-24° isti olacaq.
Diaspora