Sumqayıtda sanitariya-gigiyena qaydalarını pozan 6 nəfər vəzifəli və fiziki şəxs cərimə edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə şəhər ərazisində həyata keçirdikləri tədbirlər zamanı sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub. Ərazinin zibillənməsi halları ilə bağlı keçirilən tədbirlərlə 6 nəfər vəzifəli və fiziki şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələbini pozduğuna görə barələrində inzibati qaydada protokol tərtib olunub. Bu istiqamətdə Sumqayıt şəhərində tədbirlər davam etdirilir.