Gəncədə Türkiyənin Demokratiya və Milli Birlik Günü qeyd olunub

Gəncədə Türkiyənin Demokratiya və Milli Birlik Günü qeyd olunub backend

Türkiyənin Gəncədəki Baş Konsulluğunda 15 iyul - Demokratiya və Milli Birlik Günü münasibətilə tədbir keçirilib.

QAZİLER.AZ  APA-ya istinadən verdiyi məlumata görə, konsulluqda baş tutan tədbirdə Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Rəcəb Öztop və ziyalılar iştirak edib. Konsull 15 iyul 2016-cı il hadisələrindən danışıb.

Bildirib ki hadisələr zamanı 251 vətəndaşın şəhid olduğunu, 2 mindən artıq şəxsin yaralanıb.

Baş konsulluq binasında şəhər ictimaiyyətinin nümayəndələrinin də iştirakı ilə davam edən tədbirdə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Həmin hadisələrdən ötən 7 il ərzində Türkiyənin hər bir sahədə daha da inkişaf edib gücləndiyi bildirilib.

Tədbirdə 15 iyul hadisələrini və Türkiyənin inkişafını əks etdirən videoçarxlar nümayiş olunub.

 

 

Diaspora