Danimarka Ukrayna hərbçilərini quruda və su altında minaları aşkar etmək qabiliyyətinə malik pilotsuz uçuş aparatları ilə təmin edib.
Qaziler.az bildirir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov “Twitter” səhifəsində yazıb.
"Danimarka Müdafiə Nazirliyi Ukraynaya yardım paketi çərçivəsində minaların axtarışı üçün 6 pilotsuz uçan aparat təqdim edib. Bu dronlardan ərazilərin, o cümlədən su hövzələrinin partlayıcı obyektlərin olub-olmaması ilə bağlı qeyri-texniki baxışı üçün istifadə olunur", - deyə qurumun rəhbəri bildirib.
Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
QAZİLER.AZ