2019-cu ildə Azərbaycanda mobil telefon abunəçilərinin sayı 11 mln. nəfərə çatacaq

2019-cu ildə Azərbaycanda mobil telefon abunəçilərinin sayı 11 mln. nəfərə çatacaq backend

Azərbaycanda 2016-2019-cu il üçün mobil telefon abunəçilərinin (nömrələrin) sayı ilə bağlı proqnozlar açıqlanıb. "APA-Economics"in xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin zərfində yer alan məlumatda bildirilir.

Məlumata əsasən, gələn il ölkədə mobil telefon abunəçilərinin (nömrələrinin) sayının 10 mln. 728,9 min nəfər olacağı proqnozlaşdırılır. Bu, 2015-ci illə müqayisədə 90,5 min nəfər və ya 0,85% çoxdur.

2017-ci ildə ölkədə mobil telefon abunəçilərinin (nömrələrinin) sayının 10 mln. 817,6 min nəfər olması planlaşdırılır ki, bu da 2016-cı illə müqayisədə 84,7 min nəfər və ya 0,78% çoxdur.

2018-ci ildə isə Azərbaycanda mobil telefon abunəçilərinin (nömrələrinin) sayının 10 mln. 892,5 min nəfər olması nəzərdə tutulub ki, bu da 2017-ci illə müqayisədə 78,9 min nəfər və ya 0,73% çoxdur.
Diaspora