Qazaxıstana məxsus təyyarə Bakıya təcili eniş edib

Qazaxıstana məxsus təyyarə Bakıya təcili eniş edib backend

"Air Astana" aviaşirkətinin Şarm-əl-Şeyx-Atırau reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

APA-Economics” Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.

"Airbus A320neo" təyyarəsi yerli vaxtla saat 16:50-də Bakı hava limanında uğurla eniş edib.

Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb.

Diaspora