Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 6 ayında proqnozla müqayisədə 6 faiz və ya 197 mln. manat çox olmaqla 3 mlrd. 271 mln. manat təşkil edib.
Nazirlikdən Qaziler.az-a bildirilib ki, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları yanvar-iyun aylarında proqnoza nisbətən 8 faiz və ya 198 mln. manat artaraq 2 mlrd. 531 mln. manat olub.
Son 6 ayda DSMF-nin xərcləri 3 mlrd. 9 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 16 faiz və ya 418 mln. manat çoxdur.