Vatikanda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyinin təsis olunmasını istərdik.
APA xəbər verir ki, bu barədə QMİ sədri Allahşükür Paşazadə Bakıda Müqəddəs Taxt-Tacın Dövlət katibi Ali həzrət Kardinal Pyetro Parolin ilə görüşü zamanı bildirib.
“Bu, ənənəvi əlaqələrimizin təşkilati baxımdan daha da möhkəmlənməsi üçün vacibdir”, - Allahşükür Paşazadə qeyd edib.