Azərbaycan Respublikasında rəsmi səfərdə olan Albaniya Respublikasının Prezidenti Bayram Beqay iyulun 7-də Şəhidlər xiyabanını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Şəhidlərin əziz xatirəsini ehtiramla yad edən Prezident Bayram Beqay “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Daha sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən Albaniya Prezidentinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.