Reanimasiyaya yerləşdirilən məşhur aparıcının durumu AÇIQLANDI

Reanimasiyaya yerləşdirilən məşhur aparıcının durumu  AÇIQLANDI backend

“Pasiyent Onkologiya Mərkəzinə ağır vəziyyətdə gətirilib. Hazırda həkimlər tərəfindən müayinə edilir”.

Bunu Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli Oxu.Az-ın məşhur teleaparıcı Natavan Babayevanın durumu ilə əlaqədar sorğusuna cavab olaraq deyib.

O bildirib ki, N.Babayeva müalicəni Türkiyədə alırmış:

“Ağır vəziyyətdə müəssisəyə qəbul edilib. Həkimlərimiz əllərindən gələni edirlər. Pasiyent üçün nə lazımdırsa, hamısı ediləcək”.

 

*****

Ötən gün xəstəxanaya yerləşdirilən jurnalist, teleaparıcı Natavan Babayeva normal palataya köçürülüb. Huşu özündə olan jurnalist başqa tibb müəssisələrindən birinə göndərilib.

Bu barədə Oxu.Az-a “Liv Bona Dea” hospitalından məlumat verilib.

Bildirilib ki, həkim heyəti tərəfindən onun vəziyyəti stabilləşdirilib:

“O, ailəsinin dəstəyi ilə uzun illərdir müalicə aldığı onkoloji xəstəliklə əlaqədar zəruri tibb müəssisəsinə yerləşdirilib. Natavan Bayramova bizim hospitaldan çıxarılarkən özünü yaxşı hiss edirdi. Ona Allahdan şəfa diləyirik”.

Diaspora