Ukraynalıların dörddə biri Rusiyanın işğalına görə evlərini tərk edib - Britaniya kəşfiyyatı

Ukraynalıların dörddə biri Rusiyanın işğalına görə evlərini tərk edib -  Britaniya kəşfiyyatı backend

Rusiyanın Ukraynaya müdaxiləsi vətəndaşların dörddə birini evlərini tərk etməyə məcbur edib.

Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi Twitter-də məlumat yayıb.

Xülasədə qeyd edildiyi kimi, iyunun 29-da Ukrayna hakimiyyətinin yaydığı məlumata görə, fövqəladə vəziyyət haqqında qanunvericiliyə uyğun olaraq 2022-ci ilin iyul ayından etibarən  Ukraynanın nəzarətində olan Donetsk, Xarkov və Xerson  döyüş bölgələrindən 139 min vətəndaşın təxliyə edildiyini bildirib. 

Bu, Ukraynada davam edən genişmiqyaslı köçkünlük böhranının yalnız bir hissəsidir. BMT-nin hesablamalarına görə, 6,3 milyon ukraynalı qaçqın və 5 milyondan çox məcburi köçkün olaraq qalır.

“Müharibədən əvvəl 44 milyon əhalisi olan ukraynalıların dörddə biri Rusiyanın işğalı nəticəsində hələ də evlərini tərk etmək məcburiyyətindədir”, - Britaniya Müdafiə Nazirliyi bildirib.

QAZİLER.AZ

Diaspora