Tanınmış diktor Davud Əhmədov vəfat etdi

Tanınmış diktor Davud Əhmədov vəfat etdi backend

Azərbaycan Dövlət Televiziyasının diktoru, əməkdar artist Davud Əhmədov bu gecə vəfat edib. Bu barədə APA TV-yə onun oğlu məlumat verib. Tanınmış diktor kəskin nəfəs çatışmazlığından dünyasını dəyişib.

Davud Əhmədov 1941-ci ildə Lənkəran şəhərində anadan olub. 1960-cı ildə Teatr İnstitutunun kino və dram aktyorluğu şöbəsinə qəbul olunub. İkinci kursda oxuyarkən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Teymur Elçin tərəfindən səsi bəyənilib, “Ulduz” verilişinin aparıcısı olub. 1963-cü “Romeo-Cülyetta və zülmət” əsərində Pavel, 1980-ci illərin əvvəllərində Süleyman Sani Axundovun “Laçın yuvası”nda Ədil bəy obrazlarını canlandırıb.

1965-ci ildə əsgərliyə gedib, 1967-ci ilin yanvarında televiziyaya işə qayıdıb. Şeirlər yazıb. Vaxtilə səsinə görə onu “Azərbaycanın Levitanı” da adlandırıblar. Televiziyanın fondunda 300-dən çox şeir və əsər səsləndirilməsində onun səsindən istifadə olunub. Uzun illər Azərbaycan Dövlət Televiziyasında çalışan diktor tamaşaçıların yaddaşında "Günün ekranı" və digər müxtəlif verilişlərin aparıcısı kimi qalıb.

Diaspora