Azərbaycanın şimal bölgəsində temperatur - 10 dərəcədən aşağı düşüb

Azərbaycanın şimal bölgəsində temperatur - 10 dərəcədən aşağı düşüb backend

Ötən gündən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişməsi nəticəsində şimal regionun bəzi yaşayış məntəqələrində temperatur - 10 dərəcəni ötüb.

Bu barədə APA-nın yerli bürosuna Quba Regional Hidrometeorologiya müəssisəsindən məlumat verilib.

Qubanın Qırız yaşayış məntəqəsində - 12, Xınalıqda - 11, Qonaqkənddə - 8,6 dərəcə temperatur müşahidə olunur. Quba rayonunun mərkəzində - 4,5, Qusarda isə - 5,3 dərəcə temperatur qeydə alınıb.

Ən çox yağıntı isə rayonun Qonaqkənd yaşayış məntəqəsinə düşüb. Burda qarın hündürlüyü 7 sm-ə çatır.

Regionun bəzi yaşayış məntəqələrində yağıntı davam edir.
Diaspora