Günortadan sonra yağan güclü leysan yağış nəticəsində İsmayıllının Lahıc qəsəbəsindən sel keçib.
QAZİLER.AZ APA-ya istinadən xəbər verir ki, leysan nəticəsində gələn sel suları rayonun Qəndov, Namazgah kəndlərində və Lahıc qəsəbəsində də təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan vurub.
Evləri, tövlələri turizm-istirahət obyektlərini, mağazaları sel basıb, ağaclar, ekektrik və rabitə dirəkləri aşıb, qaz borusu qırılıb, əhali qazsız və işıqsız qalıb.
Sel səbəbindən yolları qalın lil qatı örtüb, nəqliyyatın hərəkəti mümkün olmayıb. Lahıc qəsəbəsi ilə əlaqə kəsilib. Yolların təmizlənməsi üçün əraziyə ağır texnikalar cəlb olunub. Əhaliyə dəyən ziyan rayon fövqəladə hallar komissiyası tərəfindən dəqiqləşdirilir.