Təzəpir məscidində bayram namazı qılındı

Təzəpir məscidində bayram namazı qılındı backend

Bu gün Bakının Təzəpir məscidində Qurban bayramı münasibətilə bayram namazı qılınıb. APA TV-nin xəbərinə görə, Bakının ən böyük məscidində bayram namazı axund Hacı Cəlil Şahbazovun imam-camaatlığı ilə qılınıb.

Daha sonra dindarlar bir-birini bayram münasibətlə təbrik ediblər. Onların sözlərinə görə, Qurban bayramı namazının camaatla birlikdə qılınması müstəhəbdir. Bayram namazının vaxtı bayram günü günəş çıxandan günortaya qədər nəzərdə tutulur.

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, ölkənin bütün məscidlərində bayram namazları qılınıb, dualar oxunub.

Bu il Azərbaycanda Qurban bayramı sentyabrın 24-25-də qeyd olunur.

Diaspora