Ceyhun Bayramov Silahlı Qüvvələr uuyý"Silahlı Qüvvələrimizin şəxsi heyətinə məsuliyyətli işlərində uğurlar arzulayıram".
QAZİLER.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun tviter hesabında 26 İyun - Silahlı Qüvvələr Günü ilə bağlı paylaşımında yer alıb.
"Ordumuzun yaradılmasının 105-ci ildönümü, 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Silahlı Qüvvələrimizin şəxsi heyətini səmimi qəlbdən təbrik edir, ölkəmizin ərazi bütövlüyünün qorunması kimi məsuliyyətli işlərində uğurlar arzulayıram! Silahlı Qüvvələr günümüz mübarək!", - nazir qeyd edib.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Azərbaycan Ordusunun yaradılmasından 105 il ötür.