İyunun 24-ü Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına üç yeni yoluxma faktı qeydə alınıb, yeddi nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
İyunun 25-i Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına iki yeni yoluxma faktı qeydə alınıb, altı nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən yoxdur.
Azərbaycanda indiyədək ümumilikdə 831 934 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 621 nəfər müalicə olunaraq sağalıb, 10 282 nəfər vəfat edib, aktiv xəstə sayı 31 nəfərdir.
Ölkədə son sutka ərzində 493, hazırkı dövrədək isə 7 642 101 test aparılıb.