Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, jurnalist, politoloq Aydın Quliyev may ayının son günlərindən başlayaraq, əhali arasında evlərinin sığortalanmayacağı təqdirdə cərimə olunacaqları ilə bağlı yayılan xəbərdarlıqlar haqda yazı paylaşıb.
Qaziler.az xəbər verir ki, o, xeyli müddət keçdikdən sonra Mərkəzi Bankın rəhbərinin olaylara gecikmiş reaksiyasını tənqid edib:
"Sığorta şirkətləri iyunun 1-dək azı 1 ay müddətində "cərimə olunacaqsınız" tonu ilə vətəndaşlara hədələyici mesajlar göndərərək evlərin, mənzillərin icbari sığortasına hər birindən 50 manat olmaqla filan qədər yığandan sonra Mərkəzi Bankın sədrinin hələ indi səsi çıxır. Camaata xəbərdarlıq edir ki, bu qanunsuzdur və mənzilin icbari sığortasına görə şığorta şirkətlərinin cərimələmək səlahiyyəti və mexanizmi yoxdur.
Hörmətli Taleh müəllim (Taleh Kazımov) bunu iyunun 1-dək etməli idi. Təəssüf...
İnflyasiya bəyanatından sonra bu da Taleh müəllimin 2- ci " ÇP"- sidir.
Gecikdinız!"
QAZİLER.AZ