Azərbaycan alimi Rusiyada elmi konfransda məruzə ilə çıxış edəcək

Azərbaycan alimi Rusiyada elmi konfransda məruzə ilə çıxış edəcək backend

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev sentyabrın 27-dən oktyabrın 2-dək Rusiya Federasiyasında elmi ezamiyyətdə olacaq.


AMEA-dan AZƏRTAC-a bildiriblər ki, ezamiyyətin məqsədi Rusiyanın Novosibirsk şəhərində keçiriləcək “Kimyəvi reaktivlər, reagentlər və aztonnajlı kimya prosesləri “Reaktiv-2015” adlı XXIX elmi-texniki konfransda iştirak etməkdir.

Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Novosibirsk Üzvi Kimya İnstitutunun bazasında keçiriləcək tədbirdə V.Fərzəliyev məruzə ilə çıxış edəcək.
Diaspora