Milli Məclisin növbəti plenar iclası başlayıb

Milli Məclisin növbəti plenar iclası başlayıb backend

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb.

Qaziler.az xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 20 məsələnin müzakirəsi daxil edilib.

Həmin məsələlər aşağıdakılardır:

1. N.A.Səfərovun Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında Milli Məclisin qərar layihəsi

2. “Kosmik fəaliyyət haqqında” qanun layihəsi (üçüncü oxunuş)

3. “İstehsalat və məişət tullantıları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

4. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş)

5. Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş)

6. “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

7. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi

8. “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

9. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş)

10. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş)

11. “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

12. “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

13. “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

14. “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

15. “Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

16. “Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

17. “Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

18. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi (birinci oxunuş)

19. “Dövlət satınalmaları haqqında” qanun layihəsi (birinci oxunuş)

20. Vergi Məcəlləsində, “Energetika haqqında”, “Büdcə sistemi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “İnzibati icraat haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

Diaspora