“Etik qaydalar və antikorrupsiya” mövzusunda təlim təşkil edib

“Etik qaydalar və antikorrupsiya” mövzusunda təlim təşkil edib backend

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 10.1-ci bəndinə əsasən, dövlət qulluqçuları üçün etik davranış məsələləri üzrə mütəmadi tədris kursları və treninqlər təşkil edir.

Komissiyadan AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə sentyabrın 22-də dövlət orqanlarında etik məsələlərə məsul olan əməkdaşlar üçün “Etik qaydalar və antikorrupsiya” mövzusunda təlim keçirilib. Sentyabrın 23-də keçirilən təlimdə isə dövlət qulluğunda etik qaydalar, beynəlxalq təcrübədə etik standartlar, etik (antikorrupsiya) məsələlərə dair təlimlərin təşkili, təlimlərin metodologiyası və digər məsələlər müzakirə olunub.

Avropa Şurasının eksperti Aiva Pevkur tərəfindən aparılan təlimdə müxtəlif mərkəzi və yerli icra hakimiyyəti orqanlarından 25 dövlət qulluqçusu iştirak edir.
Diaspora