Yenidən qurulan və abadlaşan Laçın şəhərinə - doğma yurduna qayıdan məcburi köçkünlər burada yaradılmış yaşayış şəraitindən razıdırlar.
Qaçqızların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsindən Qaziler.az-a bildirilib ki, müasir üslubda bərpa olunmuş evlərdə və həyətlərdə hər şey onların rahatlığına xidmət edir. Laçınlılar bütün bunlara görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli ordumuza, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda canlarından keçmiş şəhidlərimizə və fədakar qazilərimizə minnətdardırlar.
Laçına qayıdanlar arasında illərlə dövlət mənzil fonduna aid evlərdə müvəqqəti məskunlaşmış ailələr də var. Onlar dövlətə təhvil verdikləri mənzilin ehtiyacı olan məcburi köçkün şəhid ailələrinə, qazilərə verilməsindən çox məmnundurlar…