İnkassator maşını qəzaya düşdü: 3 YARALI

İnkassator maşını qəzaya düşdü: 3 YARALI backend

Gəncə-Daşkəsən yolunda baş verən yol-nəqliyyat hadisəsində 3 nəfər xəsarət alıb Gəncə-Daşkəsən yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Göygöl rayonun Qızılca kəndi ərazisində Azərbaycanda fəaliyyət göstərən banklardan birinin inkassator maşını ilə “Ford Tranzit” markalı avtomobil toqquşub. Nəticədə 3 nəfər xəsarət alıb.

Xəsarət alanlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Diaspora