Yasamal Rayon Məhkəməsində Azərbaycanda saxlanılan nurçuların cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilən şəxslərin məhkəmə zalında həbs olunmalarını və 2 ildən 6 ilə kimi azadlıqdan məhrum edilmələrini istəyib.
Məhkəmə prosesi sentyabrın 29-da davam etdiriləcək.Prokuror nurçulara 6 İL həbs istədi

