Şair Məmməd Aslan Masazırda Kəlbəcərdən olan məcburi köçkünlərin qəbiristanlığında dəfn edilib.
Şairin nəvəsi Məmməd Kamalın APA-ya verdiyi məlumata görə, dəfn mərasimində şairin doğmaları, qələm dostları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.Qeyd edək ki, M. Aslan dünən 75 yaşında dünyasını dəyişib. Şair uzun müddət ağciyər xəstəliyindən əziyyət çəkib.