Bakıda keçirilən tədbirdə QALMAQAL - Millət vəkili etiraz etdi - VİDEO

Bakıda keçirilən tədbirdə QALMAQAL -  Millət vəkili etiraz etdi - VİDEO backend

Xəbər verdiyimiz kimi, bu gün Bakıda "Mülki - hərbi münasibətlərin ən yaxşı praktikaları və Azərbaycan təhlüksəzilik sektoru islahatı və idarəçəliyi təcrübəsi" adlı dəyirmi masa keçirilib.

Dəyirmi masada beynəlxalq və yerli hərbi ekspertlər, millət vəkilləri, jurnalistlər iştirak edib.

Tədbirdə iştirakçısı jurnalist Rey Kərimoğlu Qaziler.az-a bildirib ki, millət vəkili Hikmət Babaoğlu dəyirmi masanın mövzusuna etiraz edib. Deputat deyib ki, Fransa kimi ölkələr bizim işimizə müdaxilə etməsin!

"Dəyirmi masanın mövzusu əsasən orduya, təhlükəsizlik məsələlərinə dolayısı ilə ictimai nəzarətin müzakirəsi idi. Hikmət Babaoğlu da mövzuya etiraz edərək bildirdi ki, ABŞ-ın, Fransanın, Rusiyanın və digər Azərbaycana düşmən ölkələrin gəlib bizim ordumuza, təhlükəsizlik işlərimizə nəzarətinə ehtiyac yoxdur. 30 ildir susurdular..."

Rey Kərimoğlu onu da qeyd edib ki, konfrans iştirakçıları arasında deputatın bu etirazına narazılıqlarını bildirənlər olub.

Qaziler.az sözügedən dəyirmi masadan olan görüntüləri təqdim edir:

 

 

 

Diaspora