Yaxın günlərdə Muxtar Respublikada daha 200 şəxs haqqı ödənilən ictimai işlə təmin olunacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikasında “İşsizin dostu” proqramına başlanıb.
Qaziler.az bildirir ki, proqram üzrə Muxtar Respublikada 500 nəfər ödənişli ictimai işlərlə təmin ediləcək.
Bu məqsədlə DOST İş Mərkəzi ilə Culfa, Ordubad, Şərur, Şahbuz, Babək, Kəngərli rayon İcra Hakimiyyətləri və Naxçıvan MR-nın kənd təsərrüfatı, ekologiya və təbii sərvətlər nazirlikləri, Meliorasiya və Su Təsərrüfatı ASC arasında sazişlər imzalanıb.
Həmin sazişlər əsasında artıq 300-dən çox şəxs işlə təmin olunub. Onların hər biri ilə əmək müqaviləsi bağlanıb ki, bu da onların gələcək sosial təminat hüquqlarına əsas yaradır.
Proqrama cəlb olunan, ilkin peşə hazırlığı olmayan şəxslər müxtəlif fəaliyyət sahələri üzrə işlə təmin edilməklə, həmin sahələrə aid ilkin peşə bacarıqları əldə etmək imkanı da qazanıb.
QAZİLER.AZ