Bakıda "Mülki - hərbi münasibətlərin ən yaxşı praktikaları və Azərbaycan təhlüksəzilik sektoru islahatı və idarəçəliyi təcrübəsi" adlı dəyirmi masa keçirilib.
Qaziler.az bildirir ki. bu barədə dəyirmi masada iştirak edən jurnalist Rey Kərimoğlu məlumat verib.
R.Kərimoğlu tədbirdə beynəlxalq və yerli hərbi ekspertlərin, millət vəkillərinin, jurnalistlərin iştirakı etdiyini qeyd edib.
O, bildirib ki, dəyirmi masa iştirakçıları arasında Latviya və Litvanın ölkəmizdəki səfirləri, Cenevrədə yerləşən DCAF ekspertləri də olub.
Tədbir mülki-hərbi münasibətlər məsələlərinə, dünya praktikası, o cümlədən, Azərbaycanın müstəqillik illərində bu sahədə keçirdiyi islahatlartəcrübəsinə həsr olunub.
Çıxışçılar mülki-hərbi münasibətlərin nəzəri və praktiki aspektlərini iştirakçılara çatdırıb.
Qazanılan nailiyyətlər, mövcud problemlər, təhlükəsizlik sektoru islahatlarını irəli aparmaq üçün hansı qanunverici aktların və qərarların olduğu, parlament və başqa mülki təsisatların təhlükəsizlik qüvvələri üzərində nəzarət funksiyaları və digər məsələlər masa iştirakçıları tərəfindən dəyərləndirilib.
QAZİLER.AZ