Bələdiyyə üzvləri üçün seminar keçirilib

Bələdiyyə üzvləri üçün seminar keçirilib backend

Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə şöbəsinin təşkilatçılığı ilə Beyləqan şəhərində bələdiyyə üzvləri üçün seminar keçirilib.


AZƏRTAC xəbər verir ki, seminarda çıxış edən İmişli regional ədliyyə şöbəsinin rəisi Hakim Məmmədov Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, nazirliyin Bələdiyyələrlə İş Mərkəzi və regional ədliyyə şöbələri tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi və fəaliyyətlərinə inzibati nəzarət sahəsində görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.

İmişli regional ədliyyə şöbəsinin əməkdaşları Fəxrəddin İbadullayev və İlkin Savalan “Torpaqların təyinatı üzrə istifadəsi”, “Korrupsiya hüquqpozmalarının qarşısının alınması”, “Arxiv işinin qanunvericiliyin tələblərinə uyğun təşkili” və “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında Qanunun tətbiqi” mövzularında seminar iştirakçılarına ətraflı məlumat veriblər.

Seminarda İmişli regional ədliyyə şöbəsinin əməkdaşları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Diaspora