Sentyabrın 24-dən 26-dək dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi münasibətilə Tbilisi şəhərində keçiriləcək yubiley tədbirlərində Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin müəllim və şagirdləri bəstəkarın "Arşın mal alan" operettasının konsert ifasını təqdim edəcəklər.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirlərin keçirilməsi Azərbaycan mədəniyyətinin təbliği, Gürcüstanda yaşayan soydaşlarımızla mədəni əməkdaşlığın inkişafı və ölkələr arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.
Qeyd edək ki, Abşeron rayon Xırdalan şəhər Uşaq Musiqi Məktəbi ilə Gürcüstandakı M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Mərkəzi arasında əməkdaşlıq əlaqələri uğurla davam etdirilir.