Əfsanəvi komandir Şirin Mirzəyevin məzarı ziyarət edilib - FOTO

Əfsanəvi komandir Şirin Mirzəyevin məzarı ziyarət edilib - FOTO backend

Bu gün 18 iyun 1992-ci ildə Ağdam-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olan, iyunun 20-də Bakıda dəfn olunan Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin məzarı ziyarət edilib.

Qaziler.az xəbər verir ki, ziyarətdə əfsanəvi komandir Şirin Mirzəyevin silahdaşları, ailə üzvləri və yaxınları iştirak edib. Şəhidlər bir dəqiqəlik sükutla anıldıqdan sonra onların ruhuna dualar oxunub.

Ziyarətçilər Şirin Mirzəyevdən sonra batalyon komandiri olmuş şəhid Allahverdi Qəmbərovun məzarını da ziyarət ediblər. 

Xatırladaq ki, Ş.Mirzəyev 1947-ci il yanvarın 5-də Xankəndində andan olub. 1967-ci ildə Sankt-Peterburq Ali Siyasi Hərbi Məktəbini, 1988-ci ildə Hərbi Siyasi Akademiyanı bitirib. Uzun illər Sovet ordusunda xidmət edib. O, 1991-ci ildə Azərbaycanda ilk nizami özünümüdafiə taboru yaradıb. Alay komandiri kimi Ağdam rayonun müdafiəsində, ayrı-ayrı yaşayış məntəqələrinin erməni quldurlarından təmizlənməsində böyük qəhrəmanlıq göstərib.

Ş.Mirzəyev 1992-ci ilin iyunun 18-də Sırxavənd istiqamətində aparılan döyüşlər zamanı minaya düşərək həlak olub, iyunun 20-də isə Bakıda Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra o, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Polkovnik leytenant Şirin Mirzəyevin döyüş yolu ən ağır bölgələrdən keçib. Onun sərkərdəlik qabiliyyəti sayəsində Naxçivanik, Pircamal, Ağbulaq, Dəhraz, Fərrux, Qaraşlar, Bəşirli, Sırxavənd, Ballıqaya və digər kəndlər erməni quldurlarından azad edilmişdi. O, Ağdam rayonunun 120 kilometrlik cəbhə xətti ilə yanaşı, qonşu rayonların da bir sıra mühüm yaşayış məntəqələrinin erməni quldurlarından müdafiəsinə rəhbərlik edib.

Qeyd edək ki, 18 iyun 1992-ci ildə Şirin Mirzəyevlə yanaşı 708 saylı briqadanın tank komandiri baş leytenant Qahir Hüseynovun (Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. red), 836 saylı alayın kəşfiyyat dəstəsinin (xüsusi təyinatlı hücum dəstəsinin) komandiri leytenant Yavər Babayevin, Mübariz və Araz Mirzeyevin (Hər ikisi Şirin Mirzəyev nəslinin nümayəndəsidir) şəhid olubdur.

Şirin Mirzəyev ölümündən sonra  Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

QAZİLER.AZ

Diaspora