Həcc ziyarətində olan zəvvarların vəziyyəti açıqlanıb

Həcc ziyarətində olan zəvvarların vəziyyəti açıqlanıb backend

Həcc ziyarəti üçün Azərbaycandan sonuncu təyyarə iyunun 22-də Məkkə şəhərinə gedəcək.

Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib. Onun sözlərinə görə, hazırda Məkkədə havanın temperaturu 43 dərəcədir:

“Buna baxmayaraq, hoteldə, avtomobillərdə, hər yerdə kondisionerlər var və zəvvarlarımız istini çox hiss etmirlər. Zəvvarların əhvali-ruhiyyəsi də yaxşıdır. Dünən gecə gələn zəvvar qrupu da artıq dini ayinlərə başlayıb. Xəstələnən, səhhətində problem olan yoxdur”.

O qeyd edib ki, Azərbaycandan 4 nəfərdən ibarət həkim qrupu da Məkkəyə gedib:

“Həkimlər özləri ilə ilkin yardım üçün dərmanlar və lazımi tibbi avadanlıqlar aparıblar. Kiminsə səhhətində problem yaranarsa, ilkin tibbi yardım kömək etməsə, hər hansı ekstremal şərait yaranarsa, onda biz xidməti maşınlarımızla xəstəxanaya aparırıq. Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan Həcc Missiyasının işçi qrupu bütün günü xidmət başındadır və zəvvarlarımızın rahatlığı üçün lazım olan bütün tədbirlər görülür”.

Diaspora