Prezident 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi

Prezident 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi backend

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiqləyib. 

Bununla bağlı President.az məlumat yayıb. 

Qanuna əsasən, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası gəlirlər 30 milyard 679 milyon 646 400 manat, xərclər 32 milyard 64 milyon 568 min manat məbləğində olmaqla təsdiq edilib.

Həmçinin, dövlət başçısı “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının 2023-cü il 13 iyun tarixli 911-VIQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb. 

Diaspora