Səhiyyə sistemində aparılan islahatlar vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət edir

Səhiyyə sistemində aparılan islahatlar vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət edir backend

Şirvan Şəhər Heydər Əliyev Mərkəzində 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş tədbir keçirilib.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə şəhər mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Kamil Əhmədov və bir qrup tibb işçisi iştirak edib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, əziz xatirəsi dərin ehtiramla anılıb.

Sonra tədbir iştirakçıları Mərkəzdə Ulu Öndərin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlarla tanış olublar.

Tədbirdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov Ulu Öndər Heydər Əliyevin səhiyyə sahəsində başlatdığı islahatların hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Son illər ərzində Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində böyük işlərin görüldüyünü, səhiyyənin inkişafı, maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturunun yenilənməsinin daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib.

Səhiyyə sistemində aparılan islahatların vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət etdiyi diqqətə çatdırılıb. Milli səhiyyə sistemimizin sürətlə müasirləşirdiyi, icbari tibbi sığorta çərçivəsində əhaliyə göstərilən tibbi xidmətlərin səmərəliliyinin və keyfiyyətinin yüksək səviyyədə olduğu qeyd edilib.

Daha sonra çıxış edən həkimlər səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib, həmkarlarını peşə bayramı münasibətilə təbrik ediblər.

 

 

Diaspora