Daha 5 rayonda “Açıq mikrofon” aksiyası keçiriləcək

Daha 5 rayonda “Açıq mikrofon” aksiyası keçiriləcək backend

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.

QAZİLER.AZ  Lent.az-a istinadən verdiyi məlumata görə, növbəti həftə (19-20.06.2023 və 22-24.06.2023  tarixləri) daha 5 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyası keçiriləcək. Aksiya həftənin 1-ci günü saat 10:00-dan 11:00-dək Gədəbəy rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 2-ci günü  saat 15:00-dan 16:00-dək Şəmkir rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 4-cü günü saat 10:00-dan 11:00-dək Ağstafa rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 5-ci günü saat 10:00-dan 11:00-dək Qazax rayonunda (Mərkəzi Xəstəxananın yanı), 6-ci  günü saat 10:00-dan 11:00-dək Daşkəsən rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.