Ölkələrarası parlamentlərində dostluq qrupları yaradılacaq

Ölkələrarası  parlamentlərində dostluq qrupları yaradılacaq backend

Azərbaycan və Qərbi Avstraliya parlamentlərində dostluq qrupları yaradılacaq.


Trend-in məlumatına görə, Avstraliya tərəfi bu təşəbbüslə Milli Məclisin deputatı Xanlar Fətiyevin başçılıq etdiyi Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupundan ibarət nümayəndə heyətinin Qərbi Avstraliya parlamentinin spikeri Maykl Sazerlend ilə Pert (Avstraliya) şəhərində görüşündə çıxış edib.

Görüşdə ticari-iqtisadi əməkdaşlıq məsələləri, biznes forumların təşkili, birgə investisiyaların cəlb edilməsi, iqtisadiyyat sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

Qərbi Avstraliya qitənin üçdə birini tutan ən iri ştatıdır.
Diaspora