“Mən taksilərlə bağlı qanun layihəsinin əleyhinə səs verəcəkdim. Buna səbəb isə hörmətli nazirimizin bu qanun layihəsi ilə bağlı dayaz məlumat verməsi idi”.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında deputat Aqil Abbas deyib.
“Amma komitə sədri Tahir bəy qanun layihəsini mütərəqqi təqdim etdi, bildik ki, qanun layihəsində nədən söhbət gedir. Nazir ötən çıxışında deyir ki, taksi əlçatan olmamalıdır. Bəs hansı nəqliyyat əlçatan olmalıdır? Təyyarə, digər bahalı nəqliyyatlar əlçatan olmalıdır? Bu necə yanaşmadır? Digər tərəfdən taksi operatorluğunu xarici şirkətlərə həvalə etməli deyilik. Öz biznesmenlərimiz ölüblər ki, başqalarını ölkəmizə gətirək?”