Xırdalanda qadının attraksiondan yıxılaraq ölməsi ilə bağlı cinayət işi açıldı

Xırdalanda qadının attraksiondan yıxılaraq ölməsi ilə bağlı  cinayət işi açıldı backend

Abşeronda qadının attraksiondan yıxılaraq ölməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, iyunun 8-də rayonun Xırdalan şəhərində yerləşən parklardan birində 1987-ci il təvəllüdlü Minayə Nuriyevanın attraksiondan yıxılması nəticəsində aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılıb və toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 314.2-ci (zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq tədbirləri davam edir.

Diaspora