Heydər Əliyevin gənc tərəfdarları – milli qurtuluşun fədailəri!

Heydər Əliyevin gənc tərəfdarları –  milli qurtuluşun fədailəri! backend

Bu gün Milli Qurtuluş Günüdür!

Yaxın keçmişimiz qızıl səhifələrindən olan bu günə gələn yola Milli Ordunun ehtiyatda olan Baş Leytenantı Müştəba Əliyev işıq salır.

Onu da qeyd edək ki, M.Əliyev Azərbaycanın ən gərgin ictimai-siyasi dövrünü əhatə edən həmin vaxtlarda Heydər Əliyev ideyalarını müdafiə edən azsaylı gənclərdən olub. Müştəba Əliyev həmin dövrü belə xatırlayır:

Böyük dövlət adamı Heydər Əliyevin SSRİ- Siyasi Bürosunda istefa verdikdən sonra onun doğma vətəninə qayıtması Azərbaycanda başlanan Azadlıq hərəkatına qoşulması o vaxtki qul təfəkkürlü rəhbərləri narahat edirdi. Gənclik isə iki hissəyə ayrılmışdı.

1) Azərbaycanı müstəqilliyə yalnız meydan eyforiyasında olan təcürbəsiz siyasətçilərin aparacağına inan gənclik.
2) Azərbaycanı müstəqilliyə Heydər Əliyevin aparacağına inan gənclik.

Etiraf etmək lazımdır ki, Heydər Əliyevə inan gəncliyin siyasi lideri o dövrdə 19 yaşlı gənc və çılğın siyasətçi hazırda Milli Məclisdə təmsil olunan millət vəkili Sadiq Qurbanov idi. Onun siyasi fəaliyyətinin ən fəal dövrü məhz ümmumilli lider Heydər Əliyevə qarşı süni şəkildə yönəldilmiş yaş senzi mitinqlərin təşkil olunmasından başlayır. Mən də bir gənc kimi həmin mintiqlərin təşkil olunmasında iştirak etmişəm. 1992-ci ilin yaz aylarında təşkil olunan ilk mintiqlərdə təxminən iki yüzə yaxın adam iştirak edirdi, bunların böyük əksəriyyətini Sadiq Qurbanovun BDU-dən başqa təhsil ocaqlarında və əhalinin müxtəlif təbəqələrindən cəlb etdiyi tələbələr idi. Yaxşı xatırlayıram mintinqdə bir neçə ziyalının çıxışından sonra gənclər adından çıxış etmək üçün söz BDU-nin tələbəsi Sadiq Qurbanova verildi.

Təxminən 10 dəqiqəlik çıxışını o zaman Heydər Əliyevə yönəlik süni maniələrdən danışdı. Respulikamızdakı ictimai-siyasi vəziyyətin ağır olmasından, xalqımızın və dövlətimizin nicat yolunun yalnız Heydər Əliyev olduğundan söylədi. Heydər Əliyevin müdafiəsinə həsr edilmiş ilk mitinq həm də yaddaşımdan heç bir zaman çıxmayacaq iz buraxdı. Belə ki, tribunada Heydər Əliyevə həsr olunmuş plakatın bir tərəfini mitinqin sonunadək mən saxladım. Mitinqdən sonra Sadiq Qurbanov gəncləri N.Nərimanov metrostansiyası yanında Elektrotexnika İnstitutuna toplaşmağı məsləhət bildi. Biz gənclər hər gün Elektrotexnika İnstitutunda yığışmaqla S. Qurbanovdan məsləhətlər almağa başladıq.

Sadiq Qurbanovun ətrafına yığışan gənclərə ilk məsləhəti o oldu ki, növbəti mitinqlərə çoxlu sayda insanları, ilk növbədə isə Heydər Əliyevi sevən fəal tələbə gəncləri cəlb etmək lazımdır ki, tədbirlərdə daha çox insanlar iştirak etsinlər. Biz də təhsil aldığımız ali məktəbdə və ətrafımızda olan gənclərlə apardığımız iş nətəcəsində növbəti mitinqlərdə ora yığılan iştirakçıların sayı dəfələrlə artmaqla geniş bir kütlə halını aldı.

Onu da qeyd edim ki, həmin vaxtı Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Yaqub Məmmədov icra edirdi. Yaş senzi haqqında qanunu isə Ayaz Mütəllibov qəbul etmişdi. Bundan sonra 14 may 1992-ci il tarixində bir günlük hakimiyyətə qayıdan Ayaz Mütəllibov və ya sonradan hakmiyyəti zəbt edən AXC-Müsavat cütlüyünün də Heydər Əliyevə qarşı münasibəti dəyişmədi. Nəticədə Azərbaycanın müstəqilliyinin Heydər Əliyevin siyasətində görən gənclər daha da siyasi fəaliyyətdə fəal olmağa başladılar. Tam əminliklə deyə bilərəm ki, yaş senzinə qarşı mitinqlərin təşkili, tələbə gənclərin cəlb olunması, iştirakçıların sayının tədbirdən-tədbirə çoxalması birbaşa Sadiq Qurbanovun müstəsna xidmətinin nəticəsi idi.

Həmin vaxtları gənclərin mitinqlərə cəlb etmək çox çətin vəzəfə idi. Ayaz Mütəllibov, Yaqub Məmmədov nə də AXC-Müsavat hökuməti Heydər Əliyevə həsr olunmuş mitinqlərin keçirilməsinə icazə vermirdi və fəal iştirakçıları cəzalandırır, onları həbs edir və oxuduqları ali məktəblərdən qovurdular. Belə bir halda məhz Sadiq Qurbanovun başına gəldi. Ümummilli lider H. Əliyevin təbliğatını apardığına, mitinqlərin təşkilindəki fəallığına görə BDU-nin rəhbərliyi tərəfində daim təzyiqlərə məruz qalırdı. O isə bütün bunlara dözərək, öz əqidəsindən heç bir zaman dönmədi. Sonrakı mərhələdə isə YAP Gənclər Birliyinin və fəal gənclərdən ibarət Gənclər Şurasının yaranması ideyasını Sadiq Qurbanov irəli sürdü. Bunun üçün Respublikamızın ali məktəblərimizin tələbələrinin və digər gənclərimizin iştirakı ilə bir neçə dəfə yığıncaqlar keçirildi. Bu yığıncaqların keçirilməsi belə böyük əks səda doğurdu. Yaxşı yadımdadır ki, yığıncaqların birində AXC-Müsavat üzlərindən olan iki nəfər tələbə içəri daxil oldu və YAP Gənclər Birliyinin yaranmasını Sovet komsomol təşkilatına bənzətdi və belə bir təşkilatın hansı səbəbdən yaranması ideyasına açıqlıq gətirilməsini istədilər. Onda Sadiq Qurbanov onlara geniş izahat verdi. Onlar S.Qurbanovun arqumentləri qarşısında aciz qaldılar. Onların fikri əslində Gənclər Təşkilatının iclası pozmaq və bu təşkilatın yaranmasını ləngitmək idi. Hər iki gənci mən yaxından tanıyırdım. Paradoksal olsa da sonralar o gənclərin biri hökumətdə yüksək vəzifə tutdu.

Dəfələrlə keçirilən yığıncaqlardan sonra YAP Nizamnaməsinə uyğun olaraq YAP Gənclər Təşkilatının yaranması qərara alındı. Nəticədə 26 may 1993-cü il tarixdə Elektrotexnika İnstitutunun akt zalında Respublikamızın ali məktəblərinin və YAP-ın gənc fəallarının iştirakı ilə yığıncaq işinə başladı. Akt zalı tam dolduğundan tədbirdə iştirak etmək istəyən onlarla tələbə İnstitutun qarşısında və koridorlarda qaldı. Nəticədə yığıncaq başladı və yığıncağın sədri Sadiq Qurbanov və yığıncağın katibi isə mən seçildim. YAP İdarə Heyətinin üzvü Hacıbala Abutalıbov da yığıncaqda iştirak edirdi. 2 saatadək davam edən iclasdan sonra 35 nəfərdən ibarət Mərkəzi Şura və 11 nəfərdən ibarət İdarə Heyəti seçildi. Açıq səsvermə ilə Qurbanov YAP Gənclər Birliyinin sədri seçildi. Həmin yığıncağın protokolu yazıldı. YAP Gənclər Birliyinin yaranması haqqında məlumat isə mənim adımla (imzamla) Yeni Azərbaycan qəzetinin 3 iyun 1993-cü il tarixli 9 saylı buraxılışında çap olundu. Məlumatın qəzetdə çap olunması Respublikamızda geniş əks-səda doğurdu və bundan sonra YAP sıralarına gənclərin axını başladı.

1993-cü ilin yay ayından Azərbaycan Milli ordusuna həqiqi hərbi xidmətə getdiyim üçün YAP Gənclər Təşkilatında fəaliyyətimi davam etdirə bilmədim.
Bu gün Milli Qurtuluş günü müasir Azərbaycan tarixinin bir parçası olan bu hadisələri düzgün qiymətləndirmək hər birimizin vəfa borcudur. İndi komfortlu kabinetlərdə Heydər Əliyevçi olan bəzi məmurlar bu yolda özlərini hər cür risqə atan fədəkar insanların fəaliyyətini qiymətləndirmək onların uzaqgörənliyini dəyərləndirməlidirlər. Tarix göstərdi ki, Azərbaycanın aydın gələcəyini, müstəqlliyinin ərazi bütövlüyünün Heydər Əliyev siyasi dühasının parlaq qələbəsində görən gənclik yanılmayıb.

Milli Qurtuluşumuz mübarək olsun!

avrasiya.net

Diaspora