Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib - FOTO

Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib - FOTO backend

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli Qanununa, bu Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq 14 iyun 2023-cü il tarixində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibinin müəyyən olunması üçün seçki keçirilib.

Bu barədə Qaziler.az-a Dövlət Komitəsindən məlumat verilib. 

Dövlət Komitəsi sədrinin 18 aprel 2023-cü il tarixli əmri əsasında seçki komissiyası yaradılıb. Dövlət Komitəsi nümayəndələrindən 4 üzv, vətəndaş cəmiyyəti institutlarından 5 üzv olmaqla 9 nəfərdən ibarət Seçki komissiyası seçkiləri təşkil edib. Komissiyanın protokoluna əsasən, Şuraya üzvlərinin say həddi 13 nəfərdən ibarət təsdiq edilib.

Qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan 17 namizədin sənədləri rəsmi qeydiyyata alınıb.

Dövlət Komitəsinə müraciətlər əsasında 178 nəfər səsvermədə iştirak etmək üçün qeydiyyata alınıb. Seçkidə 172 nümayəndə iştirak edib, 6 nəfər seçkiyə gəlməyib.

Seçki prosesinin sonunda səslər komissiya üzvləri tərəfindən hesablanıb. Seçkilərin şəffaflığını təmin etmək məqsədi ilə şəffaf seçki qutuları qoyulub, səsvermə prosesi başlanandan sona qədər kamera vasitəsi ilə qeydə alınıb. 171 bülleten yararlı, 1 bülleten yararsız hesab olunub.

Seçkilərin nəticəsinə əsasən, aşağıdakı şəxslər İctimai Şuranın yeni üzvləri seçiliblər:

Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri – Rey Qasımov

Cəbrayıl rayonu Qarabağ müharibəsi veteranlarının təşəbbüs qrupundan namizəd – Səbuhi Hüseynov

“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri – Anar Xəlilov

“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri – Xatirə Vəliyeva

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti – Umud Mirzəyev

“Türküstan” Media Qrupunun rəhbəri – Aqil Camal

Qubadlı rayonu Qarabağ müharibəsi veteranlarının təşəbbüs qrupundan namizəd – Təyyar Eminov

“Report” İnformasiya Agentliyinin redaktoru – İmdad Əlizadə

“Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyinin sədri – Bəsti Nəsibova

Mədəniyyətin və Milli Ənənələrin Təbliği İctimai Birliyinin sədri - Billur Məmmədova

"Mərhəmət" Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri - İradə Polad

Regional Gender Mərkəzi İctimai Birliyinin sədri - Şərqiyyə Dadaşova

Qarabağ müharibəsi veteranlarının təşəbbüs qrupundan namizəd – Babək Aslanov

Diaspora